Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrailin hücumların başladığı gündən bu yana Qəzzada səhiyyə xidmətlərinə 41 hücum təşkil etdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ÜST-nin sözçüsü Tarik Jasareviç məlumat verib.
Jasareviç Qəzzada sağlamlıq vəziyyətinin son dərəcə narahatedici olduğunu deyib. Vəziyyətin çox kritik olduğunu deyən Jasareviç əvvəllər alınmış dərmanlardan istifadə edildiyinə və şəhərdə yanacağın tükənmək üzrə olduğuna işarə edib.
Əfsanə
Manşet.az