Rusiyanın “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsindən” təsdiqini geri çəkməsi ilə bağlı qanun layihəsi Rusiya Dumasında səsvermə yolu ilə qəbul edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya 2000-ci ildə imzaladığı Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsindən (CTBT) ratifikasiyasını geri götürmək üçün ilk addımı atıb.
Rusiya parlamentinin aşağı palatası Dumada keçirilən iclasda Rusiyanın müqaviləni təsdiqləməsinin ləğvi ilə bağlı qanun layihəsi səsə qoyulub. Sessiyada iştirak edən 412 deputat qanun layihəsinə “hə” səs verib. Heç kim səsvermənin əleyhinə və ya bitərəf səs verməyib.
Dövlət Dumasının sədri Viyaçeslav Volodin səsvermədən sonra sosial şəbəkə hesabında paylaşım edib: "Biz 23 ildir ki, ABŞ-ın bu sazişin təsdiqini gözləyirik. Lakin Vaşinqton ikili standartlara və qlobal təhlükəsizlik məsələlərinə qarşı məsuliyyətsiz münasibətinə görə bunu etməyib. Biz də ölkəmizin təhlükəsizliyini təmin etmək üçün bu təsdiqi ləğv edirik."
Qanun layihəsi təsdiq üçün Rusiya prezidenti Vladimir Putinə təqdim olunacaq.
Əfsanə
Manşet.az