Yaponiyalı nazir İranı İsrail və Fələstin arasındakı münaqişələrin sakitləşdirilməsində "rol almağa" çağırıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazir Kamikava Yoko İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.
Kamikava iranlı həmkarına Qəzzadakı vəziyyəti dərin narahatlıqla yaxından izlədiyini bildirib.
Kamikava və Abdullahiyan Qəzzaya humanitar yardımın çatdırılmasında beynəlxalq ictimaiyyətin bir araya gəlməsinin vacibliyini vurğuladılar.
Jalə
Manşet.az