Ukrayna səfiri Füzulidən paylaşım etdi - FOTO

19:11 - 17 Oktyabr 2023

Ukrayna səfiri Füzulidən paylaşım etdi - FOTO

Ukraynanın Azərbaycadakı səfiri Vladislav Kanevski Füzuli şəhəri ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, ukraynalı diplomat səfər etdiyi Füzulidən "X" hesabında paylaşım edib.

"Bu gün Füzuli doğum gününü qeyd edir. Qısa müddətdə Azərbaycan işğaldan azad edilmiş bu şəhərə həyatı geri gətirdi. İnfrastruktur, sosial obyektlər tikilir. Bu, yerli əhalinin geri qayıtmasına imkan yaradır. Ukraynanın da işğaldan azad edilmiş ərazilərinə qayıda biləcəyinə əminəm", səfir paylaşımında bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az