Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliya Prezidenti Luiz İnasio Lula da Silvas ilə telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı İsrail və Fələstin arasında getdikcə şiddətlənən münaqişələr və sülhün təmin edilməsi üçün görülməli olan işlər müzakirə edilib.
Ərdoğan görüşdə Türkiyənin qalıcı sülh üçün həll təkliflərini bölüşərək, heç bir ölkənin odun üstünə yağ tökməməsi, insan haqları çərçivəsində humanitar yardımlarla bağlı hər kəsin konkret addımlar atması lazım olduğunu bildirib.
Jalə
Manşet.az