Ərdoğan Braziliya Prezidenti ilə telefon danışığı apardı

19:56 - 17 Oktyabr 2023

Ərdoğan Braziliya Prezidenti ilə telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliya Prezidenti Luiz İnasio Lula da Silvas ilə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı İsrail və Fələstin arasında getdikcə şiddətlənən münaqişələr və sülhün təmin edilməsi üçün görülməli olan işlər müzakirə edilib.

Ərdoğan görüşdə Türkiyənin qalıcı sülh üçün həll təkliflərini bölüşərək, heç bir ölkənin odun üstünə yağ tökməməsi, insan haqları çərçivəsində humanitar yardımlarla bağlı hər kəsin konkret addımlar atması lazım olduğunu bildirib.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az