Xəstəxanaya hücumdan sonra Həmasdan ilk açıqlama

11:25 - 18 Oktyabr 2023

Xəstəxanaya hücumdan sonra Həmasdan ilk açıqlama

İsrail Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücuma görə məsuliyyəti yüklədiyi HƏMAS Netanyahunun mübahisəli açıqlamasına cavab verib. 

 

Manset.az xarici mediaya istinad edərək xəbər verir ki, HƏMAS ən azı 500 nəfərin həyatını itirdiyi hücuma görə məsuliyyəti ABŞ-a yükləyib.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə yayımladığı videoyazıda İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumuna görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib:

“Bu qətliam Fələstinin işğalından sonra sionistlərin həyata keçirdikləri qırğınlar silsiləsində öz yerini tutub. Bu, onların təbiətidir. Qırğınlar törətmək onların xüsusiyyətidir. İsrailin bu bombardmanı düşmənin vəhşiliyini və müqavimət qarşısında aldığı böyük məğlubiyyəti sübut edən bir qətliamdır”.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az