Parlamentdə Zurabişvilinin impiçmenti məsələsi müzakirə olunur

12:50 - 18 Oktyabr 2023

Parlamentdə Zurabişvilinin impiçmenti məsələsi müzakirə olunur

Gürcüstan parlamentində ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsinə başlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Qeyd olunur ki, bu, müasir Gürcüstan tarixində ilk belə hadisədir. 

Xatırladaq ki, oktyabrın 16-sı ölkənin Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozmasını tanıyıb. Bu qərar impiçment proseduruna başlamağa imkan verib. Sentyabrın əvvəlində S. Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksəksəviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti buna razılıq verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az