İran ABŞ-ın iddialarını yalanladı

13:09 - 18 Oktyabr 2023

İran ABŞ-ın iddialarını yalanladı

İran ABŞ rəhbərliyindən Fələstin-İsrail münaqişəsinə birbaşa müdaxilə etməmək mesajı aldığına dair xəbərlərin doğru olmadığını açıqlayıb.

 

Manset.az xarici mediaya istinad edərək xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Səid İrəvani Vaşinqton administrasiyasının İranın BMT-dəki nümayəndəliyinə “Tehranın müharibəyə birbaşa müdaxilə edəcəyi təqdirdə, ABŞ hərbi addım atacaq” xəbərinin doğru olmadığını deyib.    

Bildirib ki, amerikalılardan Qəzza və baş verən gərginliklə bağlı heç bir məktub və mesaj almamışıq.

Qeyd edək ki, Əl-Cəzirə televiziyası dünən iranlı mənbədən ABŞ administrasiyasının İranın BMT-dəki nümayəndəliyinə Tehranın müharibəyə birbaşa müdaxilə edəcəyi təqdirdə ABŞ-ın hərbi addım atacağı mesajını çatdırdığını bildirmişdi. 

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az