HƏMAS-ın hücumunda yaralanan israillilərin sayı 4,5 minə çatdı

14:02 - 18 Oktyabr 2023

HƏMAS-ın hücumunda yaralanan israillilərin sayı 4,5 minə çatdı

“HƏMAS təşkilatından olan fələstinli radikalların ölkəyə hücumu nəticəsində ən azı 4 475 İsrail vətəndaşı yaralanıb”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Dövlətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, yaralılar xəstəxanalara çatdırılıblar.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatının İsraili Qəzza zolağından kütləvi raket atəşinə tutması və həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini işğal etməsi ilə regiondakı vəziyyət gərginləşib. Elə həmin gün İsrail Qəzza zolağındakı hədəflərə cavab verməyə başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az