AVRO-2024-ün seçmə mərhələsində İngiltərə - İtaliya matçının əvvəlində "Həyatını itirən İsveç və İsrail xalqının xatirəsini bir dəqiqəlik sükutla yad edək” anonsundan sonra ingilis azarkeşlər tribunalardan “Azad Fələstin” şüarları səsləndirib.
Manset.az xarici mediaya istinadən məlumatına görə UEFA-nın verdiyi açıqlamada bu ifadələr yer alıb:
“UEFA üzvləri İsrail və İsveçdən son günlər öldürülən Avropa futbol ailəsinin bütün üzvlərinin xatirəsinə bir dəqiqəlik sükut”.
Qeyd edək ki, rəqibini 3:1 hesabı ilə məğlub edən ingilislər AVRO-2024-də iştiraka zəmanət qazanıblar.
Əfsanə
Manşet.az