Putinin İsrailin xəstəxanaya hücumuna reaksiyası

17:09 - 18 Oktyabr 2023

Putinin İsrailin xəstəxanaya hücumuna reaksiyası

Rusiya prezidenti Vladimir Putin Çinə səfəri çərçivəsində İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu və Ukrayna bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə Putin müstəqil Fələstin dövlətinin qurulmasını dəstəkləyərək "Bizim prinsipial mövqeyimiz var və bunun bugünkü böhranla heç bir əlaqəsi yoxdur. Biz hər zaman paytaxtı Şərqi Qüds olan müstəqil, suveren Fələstin dövlətinin qurulmasının tərəfdarı olmuşuq”, - deyib.  

"Faciə, dəhşətli bir hadisə və fəlakət. Humanitar xarakterli bir yerdə yüzlərlə insan yaralanıb, yüzlərlə insan həlak olub. Ümid edirəm ki, bu, bizim bu münaqişəyə tez bir zamanda son qoymalı olduğumuzun əlamətidir. Tərəflər heç olmasa bəzi formada təmaslara, danışıqlara başlamalıdırlar”.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az