Türkiyədə 3 günlük matəm elan olundu - Qəzzada ölənlərə görə

17:16 - 18 Oktyabr 2023

Türkiyədə 3 günlük matəm elan olundu - Qəzzada ölənlərə görə

Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) məlumat yayıb.

Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb.

Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. HƏMAS və İsrail bir-birilərini ittiham edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az