Suriyadan Türkiyəyə keçməyə cəhd edən terror təşkilatı PKK/PYD üzvü Şanlıurfanın Akçakale rayonunda saxlanılıb.
Manset.az xəbər verir ki, bir terrorçunun Türkiyə hüdudlarını aşmaq istəməsi ilə bağlı təhlükəsizlik orqanlarına məlumat daxil olub.
Kəşfiyyat məlumatından sonra təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib.
Beləcə, terror təşkilatı PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalanıb.
Terrorçu haqqında qanuni tədbir görülüb.
Jalə
Manşet.az