Papa oktyabrın 27-ni sülh üçün oruc tutmaq və dua etmək günü elan etdi

18:09 - 18 Oktyabr 2023

Papa oktyabrın 27-ni sülh üçün oruc tutmaq və dua etmək günü elan etdi

Xristian dünyasının ruhani lideri Papa Fransisk işğal altındakı Qəzzada xəstəxanaya edilən hücumdan sonra oktyabrın 27-ni “sülh” üçün oruc tutmaq və dua etmək günü elan edib və digər dinlərin nümayəndələri də daxil olmaqla, hər kəsi iştiraka dəvət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə Roma Papası Fransisk bu gün verdiyi açıqlamada bu sözləri deyib:

“Qəzzada vəziyyət çox ağırdır. Humanitar fəlakətin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə icazə verin. Münaqişənin mümkün genişlənməsi narahatlıq doğurur. Qoy silahlar sussun; Kasıbların, insanların, uşaqların sülh nidası eşidilsin!

Həmçinin, Papa "Müharibə heç bir problemi həll etməz. O, yalnız ölüm və dağıntı əkər, nifrəti artırar, qisas hissini çoxaldar. Müharibə gələcəyi silər. Mən dindarlara bu münaqişədə yalnız bir tərəfi tutmağı tövsiyə edirəm: sülh tərəfini - sözlə deyil, dua ilə", ifadələrini əlavə edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az