ABŞ-da yüksək vəzifəli şəxs İsrailə verilən dəstəyə görə postunu tərk etdi

11:03 - 19 Oktyabr 2023

ABŞ-da yüksək vəzifəli şəxs İsrailə verilən dəstəyə görə postunu tərk etdi

ABŞ-ın 13 gündür Qəzzanı bombalayan İsrailə verdiyi dəstək ABŞ Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər üzrə Direktoru Coş Polun istefasına səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə Coş Pol sosial media hesabında yayımladığı məktubda istefa səbəbini “İsrailə ölümcül yardımın davam etdirilməsi ilə bağlı fikir ayrılığı” olaraq göstərib.  

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi istefa məktubunda həm HƏMAS hücumunu, həm də Hizbullah və ya İran tərəfindən potensial gərginliyi pisləyib:

"Lakin mən qəlbimin dərinliyində inanıram ki, ABŞ-ın işğal status-kvonuna verdiyi dəstək İsrail üçün daha çox və daha dərin iztirablara səbəb olacaq. Bu, Fələstin xalqının və uzunmüddətli perspektivdə ABŞ-ın marağında deyil. Bir tərəfə kor-koranə dəstək uzunmüddət hər iki tərəfdəki insanların maraqlarına zərər vuracaq. Qorxuram ki, son onilliklərdə etdiyimiz səhvləri təkrar edirik və mən bunun bir parçası olmaqdan imtina edirəm”.

ABD'de üst düzey istifa! İsrail'e verilen desteğe isyan edip görevinden ayrıldı

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az