ABŞ-da yəhudilər Fələstinə dəstək üçün oturaq aksiya keçirdi - Video

11:36 - 19 Oktyabr 2023

ABŞ-da yəhudilər Fələstinə dəstək üçün oturaq aksiya keçirdi - Video

ABŞ-da müharibə əleyhdarı bir çox yəhudi qruplarının da qoşulduğu nümayişlərdə iştirakçılar paytaxt Vaşinqtonda Konqres binasına daxil olaraq oturaq etiraz aksiyası keçiriblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə aksiya iştirakçıları “Atəşkəs” yazılmış böyük pankart açıb və “İndi Atəşkəs” şüarları səsləndiriblər.

Həmçinin, nümayişçilər əllərində "Qəzzanın mühasirəsinə son verin", "Sionizm = faşizm", "Amerika yəhudiləri indi Qəzzada atəşkəs çağırır" yazılı plakatlar qaldırıblar.

Görüntülər qurumun “Sülh üçün Yəhudi Səsi” adlı sosial media platformasında paylaşılıb.

Açıqlamada "Yüzlərlə Amerika yəhudisi Konqresdə oturaq aksiya keçirir və biz Qəzzada atəşkəs elan olunmayana qədər Konqresi tərk etməyəcəyik. Minlərlə ABŞ yəhudisi çöldə etiraz edərkən, iyirmi ravvin də daxil olmaqla 350-dən çox insan, içəridə dua edərək müqavimət göstərirlər”, - deyə qeyd olunub.  

ABŞ polisi binadakı nümayişçilərə müdaxilə edərək bəzi etirazçıları saxlayıb.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az