Qəzzada HƏMAS qruplaşması tərəfindən girov saxlanılan şəxslərin təsdiqlənmiş sayı 203 nəfərə çatıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, oktyabrın 7-dən bu günə qədər 306 israilli hərbçi həlak olub.