Çində aparılan bir araşdırmada hər gün təxminən yarım soğan yeyənlərin bağırsaq xərçənginə tutulma riskinin 79 faiz aşağı olması diqqət çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə bunun üçün Çin Tibb Universitetinin mütəxəssisləri 1666 kişi və qadının qidalanma vərdişləri ilə xərçəng xəstəliyi arasındakı əlaqəni araşdırıblar.
Nəticədə mütəmadi olaraq allium bitkilərindən istifadə edənlərin digərlərinə nisbətən daha sağlam olduğu bildirilib.
SOGANIN MÖCÜZƏCİ FAYDALARI
- İmmunitet üçün qalxan
- Hüceyrələri qoruyur
- Ürək xəstəlikləri riskini azaldır
- Antioksidant mənbəyidir
-Qriplə mübarizə apararaq xəstələnməyinizə mane olur
-Xərçəng növlərinin inkişaf riskini azaltmağa kömək edir.
-Soğanın astma və ya allergik problemi olan insanlarda toxunulmazlığı dəstəklədiyi bilinir.
-Soğanın tərkibindəki kükürd qan durulaşdırıcı təsirə malikdir, infarkt və insult riskini artıran trombositlərin yığılmasının qarşısını alır. Soğandan alınan kükürdün hipertansiyonun başlanğıcını gecikdirməyə və azaltmağa kömək etdiyini aşkar edilib.
Yeməklərdə bişmiş soğan, ağ və quru soğana üstünlük verilirsə, salatların hazırlanmasında təzə yaşıl, qırmızı və bənövşəyi soğan, soğan suyu müalicəsinin hazırlanmasında isə qəhvəyi soğan istifadə edilir.
Xüsusilə qışda hava dəyişdikcə immun sistemi zəifləyir. Virus və bakteriyalara qarşı təbii antibiotik kimi fəaliyyət göstərən soğan zəifləmiş immunitet sisteminin güclənməsinə dəstək olur.
Soğan tərkibindəki kükürd (kükürdlü maddələr) sayəsində antibakterial təsir göstərir. Böyüklər və uşaqlar soğanı çox asanlıqla yeyə bilərlər.
Əfsanə
Manşet.az