Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin İsrail-Fələstin müharibəsinin tərəfləri üçün zəmanət ölkələr yaratmaq formulunu müzakirə etməyə və qiymətləndirməyə hazır olduqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə bunu Lavrov Şimali Koreyanın paytaxtı Pxenyanda jurnalistlərin İsrail-Fələstin müharibəsi ilə bağlı suallarını cavablandırkən deyib.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın İsrail-Fələstin məsələsində daimi sülh üçün tərəflərin zəmanət ölkəsi olacağı bir sistem ideyasını dəyərləndirən Lavrov bildirib ki, istənilən konstruktiv təklifi müzakirə etməyə hazırıq:
“Keçən gün eşitdiyim bu təşəbbüs açıq şəkildə gərginliyi azaltmaq və vəziyyəti normallaşdırmaq istəyindən qaynaqlanır. Tam olaraq nə nəzərdə tutulur? Təbii ki, bu mövzuda təmasda olduğumuz türk dostlarımızdan eşitmək istərdik”.
Rusiyanın münaqişənin həlli üçün müvafiq ölkələrlə məsləhətləşmələri davam etdirəcəyinə ümid etdiyini bildirən Lavrov "Misir təşəbbüsü öz üzərinə götürür. Bəli, hamımız Qəzza zolağında gərginliyin azalmasını istəyirik. Önümüzdəki günlərdə təmaslar olacaq və buna güvənməyin nə qədər real olduğu bəlli olacaq”, - deyə qeyd edib.
Əfsanə
Manşet.az