İsrailin ana müxalifət lideri Yair Lapid müharibədən sonra ən yaxşı variantın Qəzzanın Fələstin Muxtariyyətinin nəzarətinə keçməsi olduğunu deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə müxalifət lideri bu barədə Tel-Əvivdə keçirdiyi mətbuat brifinqində “Times of Israel” qəzetinə açıqlamasında qeyd edib.
Lapid beynəlxalq ictimaiyyətin bu mövzuda Fələstin rəhbərliyinə kömək etməsi lazım olduğunu bildirib:
"Əvvəllər belə idi; Fələstin Rəhbərliyinin Qəzzada hələ də onlar üçün çalışan təxminən 20 min işçisi var və oradakı obyektlərin və mülki təşkilatların çoxu onlar tərəfindən uzaqdan idarə olunur”.
Əfsanə
Manşet.az