“Müharibədən sonra Qəzza Fələstinin nəzarətinə keçməlidir” - İsrail müxalifət lideri

14:45 - 19 Oktyabr 2023

“Müharibədən sonra Qəzza Fələstinin nəzarətinə keçməlidir” - İsrail müxalifət lideri

İsrailin ana müxalifət lideri Yair Lapid müharibədən sonra ən yaxşı variantın Qəzzanın Fələstin Muxtariyyətinin nəzarətinə keçməsi olduğunu deyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə müxalifət lideri bu barədə Tel-Əvivdə keçirdiyi mətbuat brifinqində “Times of Israel” qəzetinə açıqlamasında qeyd edib. 

Lapid beynəlxalq ictimaiyyətin bu mövzuda Fələstin rəhbərliyinə kömək etməsi lazım olduğunu bildirib:

"Əvvəllər belə idi; Fələstin Rəhbərliyinin Qəzzada hələ də onlar üçün çalışan təxminən 20 min işçisi var və oradakı obyektlərin və mülki təşkilatların çoxu onlar tərəfindən uzaqdan idarə olunur”.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az