Gərginliyin növbəti mərhələsi başlayandan bəri İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 3,5 mini keçib, 12 mindən çox insan isə yaralanıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Fələstin Səhiyyə Nazirliyinin teleqram kanalında verilib.
Departamentin bəyanatında deyilir:
“3500-dən çox ölü və 12000-dən çox yaralı var. İordan çayının qərb sahilində 69 fələstinli həlak olub, 1,3 mindən çoxu yaralanıb”.