Kişi arvadını sevgilisi ilə tutdu, odunla öldürüb basdırdı

16:52 - 19 Oktyabr 2023

Kişi arvadını sevgilisi ilə tutdu, odunla öldürüb basdırdı

Türkiyənin Afyonkarahisar şəhərində ər arvadının məşuqəsini öldürərək yaşayış olmayan ərazidə basdırıb. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ötən gün gecə saatlarında Anıtkaya kəndi ərazisində Ali Aydın adlı şəxsə aid avtomobil anidən alışaraq yanıb.

Bundan sonra polis əməkdaşları oktyabrın 16-dan etibarən ailəsinin Alidən heç bir xəbər almadığı öyrənib.

Aparılan araşdırmalar zamanı Alinin sonuncu dəfə kəndlisi M.D adlı qadının evində görüldüyü məlum olub.

İstintaq prosesi zamanı məlum olub ki, Ali ilə M.D eşq yaşayırmış. Bir gün M.D-nin əri R.D evə gələndə onu Ali ilə görürür və arvadının məşuqəsini odunla vurur. Ali yerindəcə keçinir. Ər arvadı ilə birləşərək həyatını itirən Alini yaşayış olmayan bir əraziyə apararaq orada basdırıb. Onlar izi itirmək üçün isə ötən gün onun maşınına od vurublar.

R.D törətdiyi cinayət əməlinə görə saxlanılaraq həbs edilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az