ABŞ-ın göndərdiyi hərbi yardım İsrailə çatdı

19:26 - 19 Oktyabr 2023

ABŞ-ın göndərdiyi hərbi yardım İsrailə çatdı

ABŞ-ın İsrailə göndərdiyi hərbi yardımın bir hissəsi Təl-Əvivə çatıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda,  Vaşinqtonun Təl-Əvivə ayırdığı hərbi yardım paketi çərçivəsində göndərilən zirehli ciplərin ilk partiyasının alındığı bildirilib.

Müharibədə zədələnmiş avtomobillərin yerinə amerikan ciplərinin İsrail ordusuna təslim edildiyinə diqqət çəkən açıqlamada bunun “İsrail ordusunun müxtəlif müharibə ssenariləri üçün avtomobil parkının artırılmasına dair geniş miqyaslı razılaşmaların bir hissəsi” olduğu qeyd edilib.

Bildirilib ki, nazirlik indiyədək İsraildə və xaricdə dəyəri 400 milyon şekeldən çox olan avtomobil və ağır texnikanın alınması ilə bağlı sərəncamlar imzalayıb.

Qeyd edək ki, İsrail bir neçə gün əvvəl ABŞ-dan hərbi yardım aldığını açıqlamışdı.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az