Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində İŞİD terror təşkilatının yüksək rütbəli komandiri Mümtaz Əhməd məhv edilib.
Manşet.az “ria.ru”ya istinadən xəbər verir ki, o, Pakistanın Mastunq bölgəsində keçirilən əməliyyat zamanı ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən öldürülüb.
Terror təşkilatının başçısı 2018 -ci ilin iyulunda Bəlucistanda keçirilən seçki mitinqində terror aktında iştirak edib. Kamikadzenin hücumundan sonra 130 nəfər ölmüşdü. Həmin terror aktının hücumunun qurbanlarından biri “Belucistan Avami” partiyasının lideri Navabzada Sirai Raisani olub.
ölkə.az