İlon Mask bir sutkaya 16,1 milyard dollar itirdi

14:53 - 20 Oktyabr 2023

İlon Mask bir sutkaya 16,1 milyard dollar itirdi

“Tesla” və “SpaceX” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask bir sutka ərzində 16,1 milyard dollar itirib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat “Bloomberg Billionaires Index”də yer alıb. 

Bildirilir ki, Maskın sərvəti “Tesla” şirkətinin maliyyə göstəricilərinin üçüncü rübdə uğurlu olmaması fonunda azalıb. Belə ki, rüblük hesabat nəşr edildikdən sonra şirkətin səhmləri 9,3% ucuzlaşıb. 

“Bloomberg”in məlumatına görə, maliyyə itkilərinə baxmayaraq, Maskın sərvəti 2023-cü ildə 72,6 milyard dollar artıb və hazırda 210 milyard dollar olaraq qiymətləndirilir. O, dünyanın ən varlı insanı olaraq qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az