İsrail gecə boyu Qəzzada 100-dən çox nöqtəni vurdu

17:38 - 20 Oktyabr 2023

İsrail gecə boyu Qəzzada 100-dən çox nöqtəni vurdu

İsrail ordusu gecə ərzində Qəzzada HƏMAS-ın 100-dən çox hədəfinin vurulduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail və Fələstin arasında münaqişə ikinci həftəsinə daxil olub.

İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada döyüş təyyarələrinin hədəf aldığı nöqtələr arasında yeraltı tunel, silah anbarları və onlarla operativ idarəetmə mərkəzlərinin olduğu bildirilib.

Hücumlarda Həmas İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni raketlə vurmağı planlaşdıeran komandası ilə 7 oktyabrda İsrailin cənubunda təşkil edilən hücumda iştirak etdiyi deyilən Həmas üzvü Amjad Majed Muhammad Abu Odehin öldürüldüyü qeyd edilib. Cibaliyyədə HƏMAS-a aid silahların olduğu səbəbiylə bir məscidin vurulduğu, “Məscidin HƏMAS tərəfindən müşahidə nöqtəsi kimi istifadə edildiyi” ifadə edilib.

Əfsanə

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az