“Facebook”, “Instagram” və “WhatsApp” kimi proqramların sahibi olan Meta imza atdığı böyük qalmaqalla tənqid hədəfindədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İnstaqram profillərində “Fələstinli” mənasını verən “Palestinian”sözünü, Fələstin bayrağı emojisini və ərəbcə “əlhəmdulillah” sözünü işlədən istifadəçilərin profil tərcümeyi-hallarının ingilis dilinə “Əlhəmdulillah, Fələstinli terrorçular azadlığı uğrunda mübarizə aparır” şəklində tərcümə edildiyi görülüb.
İlk dəfə 404 medianın xəbər verdiyi qalmaqal sosial mediada reaksiyalara səbəb olub.
ŞirkəT problemin "avtomatik tərcümə"dən qaynaqlandığını bildirib. Qeyd edib ki, bəzi məhsullarımızda qısa müddət ərzində uyğunsuz ərəbcə tərcümələrə səbəb olan problemi aradan qaldırdıq və istifadəçilərdən üzr istəyib.
Metanın sözçüsü vurğulayıb ki, “Əlhəmdulillah” sözünün indi avtomatik olaraq “Allaha şükür” kimi tərcümə olunur.
Qeyd edək ki, Meta İsrail-Həmas müharibəsi başlayandan bəri öz platformalarında Fələstini dəstəkləyən yazılara senzura tətbiq etməkdə ittiham olunur. İddialara görə Meta Fələstini dəstəkləyən yazıları paylaşan hesabları məhdudlaşdırır və bu məzmunun axınlarda daha az görünməsinə səbəb olur.
Əfsanə
Manşet.az