ABŞ-ın Minnesota ştatının Fələstinə dəstək nümayişi zamanı bir şəxs avtomobilini kütlənin üzərinə sürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis nümayişdə heç kimin xəsarət almadığını açıqlayıb. Həmçinin, hadisə ilə bağlı istintaqın davam etdiyi və hələlik həbs olunanların olmadığını bildirib.
Polis, həmçinin, bildirib ki, Çikaqonun Skokie rayonunda keçirilən nümayiş zamanı İsrail tərəfdarları ilə fələstinli tərəfdarlar arasında qarşıdurma nəticəsində dava düşüb. Polis naməlum şəxsin silahdan atəş açdığını, lakin xəsarət alan olmadığını qeyd edib.
Oreqon ştatının Eugene bölgəsində keçirilən nümayişlər zamanı nümayişçilər ilə kütlənin arasında avtomobilini saxlayaraq yolu kəsən şəxs arasında dava düşüb. Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilib.
Əfsanə
Manşet.az