Tehranda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, ikitərəfli münasibətlərin dərinləşdirilməsi, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Qeyd edək ki, hazırda Tehranda "3+3" formatında XİN başçıları səviyyəsində görüş keçirilir.