İsrail ordusu Livanla sərhəddə raket hücumunun qarşısını aldı

19:30 - 23 Oktyabr 2023

İsrail ordusu Livanla sərhəddə raket hücumunun qarşısını aldı

İsrail ordusu silahlı pilotsuz uçuş aparatı (PUA) ilə Livan sərhədində "raket hücumuna hazırlaşan obyekti" vurduğunu bildirib.


Manset.az xəbər verir ki, İsrail Ordusundan verilən məlumata görə, sərhədin Livan tərəfində, İsrailin Har Dov bölgəsi yaxınlığında "bir obyektin raket hücumu etməyə hazırlaşdığı" müəyyən edilib.

Sözügedən kameranın SİHA ilə vurulduğu bildirilib.

Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri İsrail-Livan sərhədində baş verən qarşıdurmalarda 27 Hizbullah, 6 İslami Cihad Hərəkatı, 3 Həmas, 2 Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadasının üzvü öldürülüb. Biri jurnalist olmaqla 4 mülki şəxs həyatını itirib.

Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az