İsrail HƏMAS-ın 400-dən çox hədəfini vurdu: Bir neçə komandir öldürüldü

09:57 - 24 Oktyabr 2023

İsrail HƏMAS-ın 400-dən çox hədəfini vurdu: Bir neçə komandir öldürüldü

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini vurub və hərəkatın bir neçə komandirini öldürüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"HƏMAS-ın terror hücumları imkanlarını aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib", - məlumatda deyilir.

Həmçinin, İsrail ordusu HƏMAS-ın qazdığı tunellərə zərbə endirib.

Zərbələr nəticəsində Nuseyrat, Şati və Furqan batalyonlarının komandir müavinləri məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az