“Paşinyan şəxsən Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırıb”

10:41 - 24 Oktyabr 2023

“Paşinyan şəxsən Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırıb”

“Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsən Qarabağdakı separatçıların sonuncu “lider”i Samvel Şahramanyanı qondarma qurumun ləğv edilməsi barədə sənədi imzalamağa çağırıb”.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” nəşri yayıb.

Bildirilir ki, Azərbaycan öz tələblərini irəli sürdükdən sonra Şahramanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı aparıb. Bu zaman isə Paşinyan Şahramanyandan eskalasiyanın qarşısını almaq üçün Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hər şeyi etməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az