Bu ölkədə ilin əvvəlindən 200-dən çox uşaq və yeniyetmə həbs edilib

17:54 - 24 Oktyabr 2023

Bu ölkədə ilin əvvəlindən 200-dən çox uşaq və yeniyetmə həbs edilib

İranda bu ilin əvvəlindən 200-dən çox uşaq və yeniyetmə həbs edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat verib.

Bildirilib ki, 2023-cü ilin əvvəlindən bu yana son 10 ay ərzində İranda repressiv hökumət qüvvələri tərəfindən yaşı 18-dən az olan 201 vətəndaş həbs olunub.

Məlumata görə, tutulanlardan 135-i etnik bəluç, 50-si kürd və 16-sı isə İranın digər bölgələrində yaşayan etnik qruplara mənsub uşaq və yeniyetmələrdir.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az