Çin kosmosa uzaqdan zondlama imkanlarına malik “Yaogan” sinifli Yerin müşahidə peykini göndərib.
Manset.az xəbər verir ki, Çinin “Sinxua” xəbər agentliyinin məlumatına görə, “Yaogan-39” peyklərinin dördüncü qrupu “Long March 2D” raketi ilə Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən orbitə buraxılıb.
Buraxılış “Long March” raketləri ilə həyata keçirilən 4992-cci uğurlu nəqliyyat missiyası idi.
Çin “Yaogan-39” peyklərinin birinci qrupunu avqustun 31-də, ikinci qrupunu sentyabrın 17-də, üçüncü qrupunu isə oktyabrın 5-də kosmosa göndərib.
"Yaogan" Çin dilində "uzaqdan zondlama" deməkdir. Bəzi Qərb mənbələri iddia edir ki, Yaogan sinifli peyklər hərbi kəşfiyyat məqsədləri üçün nəzərdə tutulub və kosmos, kiber və elektron müharibəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Strateji Dəstək Qüvvələri tərəfindən idarə olunur.
Jalə
Manşet.az