Bayden İsrailin Qəzzadakı quru əməliyyatından qorxur - KİV

17:28 - 25 Oktyabr 2023

Bayden İsrailin Qəzzadakı quru əməliyyatından qorxur - KİV

ABŞ prezidenti Co Bayden İsrail Qəzza zolağında quru əməliyyatlarına başlasa, on minlərlə insanın öləcəyi, lakin Fələstinin HƏMAS qruplaşmasının məhv edilməyəcəyindən ehtiyat edir.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Axios portalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Xəbərə görə, Ağ Evin rəhbəri ehtiyat edir ki, Qəzzaya tələsik və düşünülməmiş hücum nəticəsində İsrail hərbçiləri on minlərlə insanın həlak olacağı uzun və qanlı küçə döyüşlərinə cəlb olunacaq, HƏMAS-ı isə məhv etmək mümkün olmayacaq. Prezident Bayden həmçinin istisna etmir ki, quru əməliyyatına vaxtından əvvəl başlaması Livanın radikal "Hizbullah" qruplaşması və digər İran tərəfdarlarını münaqişədə iştiraka sövq edəcək və bu, Yaxın Şərqdəki ABŞ ordusunu təhlükə altına sala bilər. Portalın həmsöhbətləri əlavə edirlər ki, bu narahatlıqlarla əlaqədar olaraq, Bayden metodik olaraq İsrail ordusunun Qəzzaya hücumunu təxirə salmağa çalışır.

“Times of İsrael” qəzeti çərşənbə axşamı bildirib ki, İsrailin Qəzza zolağında quru əməliyyatı uzun müddətə təxirə salına və ya ümumiyyətlə, baş tutmaya bilər. Nəşrin yazdığına görə, İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsi ilə əlaqədar ölkənin siyasi rəhbərliyinin müvafiq qərar qəbul edə bilməyəcəyindən və ya onu əhəmiyyətli dərəcədə ləngidəcəyindən ehtiyat edir. Qəzet qeyd edir ki, eyni zamanda, İsrail Müdafiə Qüvvələri 16 gün ərzində 550-dən çox raket zərbəsi endirdikdən sonra Qəzza zolağında quru əməliyyatına və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə tam hazır olduqlarını bəyan edib.

Bundan əvvəl CNN Vaşinqtonun İsrailə təzyiq etdiyini, onu Qəzzada quru əməliyyatının başlanmasını təxirə salmağa və anklavda saxlanılan girovları azad etməyə çağırdığını bildirmişdi. Bununla belə, ABŞ dövlət katibi Antoni Blinken NBC telekanalının efirində deyib ki, İsrail quru əməliyyatının başlaması ilə bağlı müstəqil qərar verməlidir və Vaşinqton yalnız məsləhət verə bilər


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az