Makron Misirdə Yaxın Şərqi müzakirə etdi

21:44 - 25 Oktyabr 2023

Makron Misirdə Yaxın Şərqi müzakirə etdi

Fransa Prezidenti Qahirəyə üçgünlük rəsmi səfər edib.


Manset.az xəbər verir ki, səfər zamanı, Emmanuel Makron Qahirədə İsrail-Həmas müharibəsini müzakirə edib.

İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirib. Regional gərginliyin qarşısının alınması çağırışını təkrarlayan Makron Qərb ölkələrinə qarşı ikili standartlarla bağlı ittihamlara qarşı çıxıb.

Fransanın ikili standartları tətbiq etmədiyini və beynəlxalq hüququn hər kəsə şamil olduğunu deyən Makron, “Bütün həyatlar bərabərdir, bütün qurbanlar bizim şəfqətimizə və Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair daimi bağlılığımıza layiqdirlər” deyib.

Qəzza zolağındakı xəstəxanaların yanacaqla təmin edilməsinin vacib olduğunu bildirən Makron, Fransa Hərbi Hava Qüvvələrinə aid yardım materialları daşıyan təyyarənin sabah Misirə çatacağını, daha sonra önümüzdəki günlərdə mühüm materialları daşıyan Fransa donanmasının gəmisinin Fransaya çatacağını bildirib. 48 saat ərzində Aralıq dənizindəki hərbi limandan Misirə doğru Tulondan yola düşəcəyini bildirb.

İsrailin Qəzza zolağına qarşı quru əməliyyatına dəstək olub-olmayacağı ilə bağlı sualı cavablandıran Makron bunun “əməliyyatın əhatə dairəsindən asılı olacağını” bildirib. “Əgər bu, mülki əhalinin həyatını təhlükəyə atan genişmiqyaslı bir işğaldırsa, bunun səhv olacağını düşünürəm” deyən Makron, belə bir əməliyyatın “beynəlxalq humanitar hüquqa, hətta müharibə qaydalarına da uyğun gəlməyəcəyini” bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az