Polşa prezidenti Anjey Duda yeni hökumətin qurulması üçün məsləhətləşmələrin aparıldığını və hazırkı baş nazir Mateusz Morawiecki və müxalifət lideri Donald Tuskun baş nazir postuna iki ciddi namizəd olduğunu bildirib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 24-25-də siyasi partiyalarla məsləhətləşmələrdən sonra açıqlama verən Duda səmimi mühitə görə təşəkkür edib.
Qeyd edək ki, Polşada oktyabrın 15-də keçirilən seçkinin nəticələrinə görə, hakim Hüquq və Ədalət Partiyası (PİS) 35,38 faiz səslə birinci olub.
PIS-i 30,70 faizlə Tuskun rəhbərlik etdiyi əsas müxalifət bloku olan Vətəndaş Koalisiyası, daha sonra isə 14,4 faizlə Üçüncü Yol Alyansı izlədi. Yeni Sol Partiyası 8,61 faiz, ifrat sağçı Konfederasiya Partiyası isə 7,16 faiz səs toplayıb.
Ölkədə seçki baryeri partiyalar üçün 5 faiz, ittifaqlar üçün isə 8 faizdir.
PİS birinci gəlsə də, Parlamentdə çoxluğunu itirib. Bu halda üç müxalifət partiyasının Parlamentdə çoxluq üçün koalisiya quracağı gözlənilir.
Jalə
Manşet.az