Əl-Cəzirə müxbirinin İsrailə mesajı: “Bizi susdura bilməyəcəksiniz”

09:40 - 27 Oktyabr 2023

Əl-Cəzirə müxbirinin İsrailə mesajı: “Bizi susdura bilməyəcəksiniz”

Dünən İsrailin Qəzzaya hücumu nəticəsində həyat yoldaşı, uşaqları və bir çox ailə üzvünü itirən Əl-Cəzirə televiziyasının Qəzza müxbiri Vail əl-Dahduh İsrailə mesaj verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vail əl-Dahduh İsrailin onları susdura bilməyəcəyini və üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcəklərini bildirib.

Dahduh "Nə olursa olsun, Rəbbimizin razı qaldığını deməyə davam edəcəyik. Allah bizə yetər, O, nə gözəl vəkildir. Bu, çox ağrılı bir hadisədir, lakin önəmli olan odur ki, səsimizi susdura bilməz. Biz xalqımız və bu nəcib insani mesaj qarşısında borcumuzu yerinə yetirməyə davam edəcəyik. Biz Allahdan gəldik və onun yanına qayıdacayıq”, - deyib.   

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az