HƏMAS girovlar barədə açıqlama verdi

10:27 - 27 Oktyabr 2023

HƏMAS girovlar barədə açıqlama verdi

HƏMAS atəşkəs əldə olunmayana qədər girovları azad etməyəcək.

 

Manset.az BAKU.WS-ə xəbər verir ki, bu barədə Moskvada səfərdə olan Fələstin hərəkatının üzvü Əbu Həmid "Kommersant" qəzetinə bildirib.

Onun sözlərinə görə, HƏMAS müharibənin ilk günlərindən girovları azad etmək niyyətini bəyan edib. Lakin oktyabrın 7-də Qəzza zolağına düşmüş hər kəsi tapmaq üçün vaxt lazımdır.

Həmid həmçinin qeyd edib ki, Həmas nümayəndə heyəti Moskvaya səfəri zamanı rusiyalı dostlarına 7 oktyabr hücumunun səbəblərini əks etdirən bir şəkil təqdim edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az