Türkiyəli məşhur aktyor Erdal Özyağcılar söyüş ilə dolu ölüm təhdidləri ilə üzləşib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, usta sənətçi son illərdə İstanbulun Beşiktaşında getdiyi məkanda şərti adı O T. olan şəxslə tanış olub. O.T.-nin maddi sıxıntı içində olduğunu deyərək kömək istəməsindən sonra vaxtaşırı maddi yardım edib.
O.T.-yə kömək edən və bir müddət sonra yardımlarını kəsən Özyağcılar sözün əsl mənasında kabus yaşayıb.
Gənc usta sənətçiyə təhqir dolu söyüşlər ehtiva edən səs yazısı göndərib.
Özyağcılar yaşadıqlarından sonra prokurorluğa cinayət işi qaldırıb.
İstintaq çərçivəsində ifadəsi alınan O.T. özünü belə müdafiə edib:
“İstanbulda bəzi əyləncə məkanlarında işləmişəm. Erdal Özyağcıları buradan tanıyıram. Ondan pul istədim. 4-5 dəfə pul göndərdi, sonra yenə pul istədim. Bu dəfə göndərmədi. Ayhan adlı şəxs telefonumu alıb Özyağcılara söyüş söydü. Mən içkili idim. Xəbərim olmadı. Şəxsiyyət pozöunluğu ilə bağlı müalicə alıram. Ona görə də zəng edib-etməmişəm yadımda deyil. Ondan üzr istəyirəm. Lazım gəlsə, ondan aldığım pulu qaytararam”.
Əfsanə
Manşet.az