Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girmək istəyərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub.
Manset.az xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada Pakistan təhlükəsizlik qüvvələrinin Hindistan əsgərlərinin səbəbsiz atəşə tutulmasına cavab verdiyi bildirilib.
Qeyd edilib ki, iki ölkə əsgərlərinin bir-birinə atəş açması nəticəsində ölən və xəsarət alan olmayıb.
Jalə
Manşet.az