Türkiyə kəşfiyyatı PKK-nın "rəhbər şəxsi"ni Suriyada məhv etdi - FOTO

12:15 - 28 Oktyabr 2023

Türkiyə kəşfiyyatı PKK-nın \"rəhbər şəxsi\"ni Suriyada məhv etdi - FOTO

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada keçirdiyi əməliyyatda Derik briqadasının “lideri” olan PKK/YPG terrorçusunu zərərsizləşdirib.

 

Manset.az xəbər verir ki, bu barədə “Anadolu”məlumat yayıb.

Bildirilib ki, “Şibli Derik” ləqəbli Məhəmməd Azo ötən il MİT tərəfindən hədəfə alınıb.

Buna səbəb terrorçunun 2022-ci il fevralın 2-də Şırnak/Cizre-Silopi yolunda 1-ci Sərhəd Taburu Komandanlığının Yakacık Polis Bölməsinə təşkil edilən və əsgər Tarık Tarcanın şəhid olması, daha üç əsgərin isə yaralanması ilə nəticələnən hücumun planlaşdırılmasındakı iştirakı olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az