“Müharibədə yeni mərhələyə keçdik” - İsrail müdafiə naziri

19:42 - 28 Oktyabr 2023

“Müharibədə yeni mərhələyə keçdik” - İsrail müdafiə naziri

İsrailin müdafiə naziri Yoav Gallant HƏMAS ilə müharibədə yeni mərhələyə daxil olduqlarını və Qəzzada əməliyyatın “yeni əmrlərə” qədər davam edəcəyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Gallant bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, Şin Bet, Mossad rəisi və digər yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə vəziyyətin qiymətləndirilməsindən sonra məlumat verib.

Gallant açıqlamasında “Müharibədə yeni mərhələyə qədəm qoyduq. Bu gecə Qəzzada yer yerindən oynadı. Yerin altında və üstündə; hər səviyyədə və hər yerdə terrorçulara hücum etdik”, - deyə bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az