Məşhur gürcü aktyor vəfat etdi

22:03 - 28 Oktyabr 2023

Məşhur gürcü aktyor vəfat etdi

Tanınmış gürcü aktyor Tengiz Arçvadze 91 yaşında vəfat edib.

 

Manset.az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Kote Marcanaşvili adına Dövlət Akademik Dram Teatrı yayıb.

Bildirilib ki, Gürcüstanın xalq artisti, Tbilisinin fəxri vətəndaşı kimi titullara malik Tengiz Arçvadze 1954-cü ildə teatrın aktyoru olub, həmçinin kariyerası boyunca 46 filmə çəkilib.

Tengiz Arçvadze "Azərbaycanfilm"in istehsalı olan "İyirmialtılar" (1966) filminin baş rollarından biri olan Caparidze personajını canlandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az