İsrailin hücumları nəticəsində 59 əməkdaşımız həlak olub - BMT

19:31 - 29 Oktyabr 2023

İsrailin hücumları nəticəsində 59 əməkdaşımız həlak olub - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) Oktyabrın 7-dən bəri Qəzza zolağında Fələstinli Qaçqınlara Yardım və İşlə məşğul olan Birləşmiş Millətlər Təşkilatının (UNRWA) 59 əməkdaşının həlak olduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, UNRWA-nın sosial şəbəkə saytı X hesabında edilən açıqlamada Qəzza zolağına edilən hücumlarda həyatını itirən UNRWA işçilərinin xatirəsini yad etmək üçün mərasim təşkil edildiyi bildirilib.

Açıqlamada 7 oktyabrdan bəri İsrailin hücumlarında Qəzza zolağında UNRWA-nın 59 əməkdaşının öldürüldüyü ifadə edilərək, "Öldürülən dostlarımızın sayı artdıqca BMT və UNRWA üçün hər gün qaralır" ifadəsi işlədilib.

Həmçinin  bildirilib  ki, Qəzzadan hər saat “tərifsiz ağrılar gəlməyə davam edir”.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlayıb.

İsrail ordusu da Qəzza zolağına intensiv hava zərbələri endirib.

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 311-i əsgər olmaqla 1400 israillinin həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzaya verdiyi məlumata görə, İsrailin hücumlarında ölənlərin sayı 8 min 5-ə yüksələrək, 3 min 342-si uşaq, 2 min 262-si qadın, 20 min 242 nəfəri isə yaralanıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 113 fələstinli ölüb, 1900-dən çox fələstinli yaralanıb.

İsrailin bombardmanı zamanı Qəzzada 34, Livanda isə 1 jurnalist həyatını itirib.

İsrailin blokada altındakı Qəzza zolağına intensiv hücumları səbəbindən bölgədə sabit, mobil telefon və internet rabitə xidmətləri dayanıb.

İsrail ordusu oktyabrın 26-da məhdud quru əməliyyatlarını genişləndirməyə başlayıb və hava hücumlarının dozasını daha da artırıb.

Minlərlə yaralı və mülki vətəndaşın olduğu Qəzzanın ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanası da İsrail ordusunun hədəfində olub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az