NATO Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü münasibətilə sosial media hesabında təbrik postu paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paylaşımda Mehmetçikin Türkiyə bayrağını qaldırdığı foto yer alıb.
Postda, həmçinin, “Müttəfiqimiz Türkiyəni qeyd etdiyimiz kimi siz də bizə qoşulun” ifadəsi işlədilib.
Qeyd edək ki, NATO-nun əsas hesabından başqa komandanlıqların və müxtəlif bölmələrinin hesablarında da təbrik mesajları dərc edilib.
Əfsanə
Manşet.az