İsrail 12 min insanın sığındığı Qüds xəstəxanasının ətrafını bombaladı

10:40 - 30 Oktyabr 2023

İsrail 12 min insanın sığındığı Qüds xəstəxanasının ətrafını bombaladı

Müharibənin 24-cü gününündə İsrail döyüş təyyarələri gecə boyu Qəzza zolağında Qüds xəstəxanasının ətrafındakı strukturları sıx bombardmana məruz qoyub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fələstin Qızıl Aypara Cəmiyyəti dünənki bəyanatında İsrail rəsmilərinin Qüds xəstəxanasını bombalamaqla hədələdiyini və dərhal təxliyyə edilməsini tələb etdiyini açıqlayıb.

Hücumdan sonra yeni açıqlama verən Fələstin Qızıl Aypara Cəmiyyəti xəstəxananın bəzi hissələrinin zədələndiyi, lakin xəstəxananın tibb işçilərinin öz vəzifələrindən əl çəkməyəcəkləri vurğulanıb.

Açıqlamada, Qüds xəstəxanasının təhlükəsiz olduğu səbəbi ilə 12 min adamın sığındığı, xəstə və yaralıların da olduğu təxminən 800 adamın xəstəxanada müalicə aldığı qeyd edilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az