Ərdoğanın Cümhuriyyətin 100 illiyində etdiyi çıxış dünya mətbuatında: “Qəzzaya kimsə əlini uzada bilməz”

13:46 - 30 Oktyabr 2023

Ərdoğanın Cümhuriyyətin 100 illiyində etdiyi çıxış dünya mətbuatında: “Qəzzaya kimsə əlini uzada bilməz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Cümhuriyyətin 100 illik Yubileyindəki çıxışı zamanı mühüm mesajlar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğanın Respublika Bayramında çıxışına dünya mətbuatında geniş yer verilib.

Çıxışında Qəzzadakı hadisələrə də toxunan Ərdoğan, “Bu gün Türkiyə Cümhuriyyəti Qazinin istədiyi kimi öz bölgəsində və dünyada kimssizlərin kimsəsi olan bir ölkədir. Balkanlardan Qafqaza, Asiyadan Afrikaya, Türküstandan Fələstinə, harda məzlum, göz yaşı tökən möhtac varsa, onun köməyinə gələn, əlindən tutub ayağa qaldıran, dərdinə şəfa verən Türkiyədir. Bu millətdir. Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət, Qarabağda göstərmişik. Bu gün biz eyni mövqeyi Qazinin heç kimin toxuna bilməyəcəyini dediyi Fələstin və Qəzza üçün nümayiş etdiririk və Qəzza xalqına kömək etməyə çalışırıq” deyib.

Yaponiyada yerləşən NHK telekanalı hazırladığı xəbərdə “Türkiyə yüz illiyini qeyd edərkən, Ərdoğan fələstinlilərlə həmrəy olduğunu bildirdi” başlığı ilə oxucularının qarşısına çıxıb.

“Ərdoğan harda məzlum, qurban, möhtac varsa, onun köməyinə gələn, əlindən tutan, onu ayağa qaldıran, problemlərini həll edən tərəfin Türkiyə olduğunu söyləyib”.

Amerikanın Səsi isə “Prezident Rəcəb Tayyib Ərdoğan imperialist güclərə qarşı duracağı vədini verdi” başlıqlı xəbər yayımlayıb.   

Yunanıstanın CNN telekanalı “Ərdoğan Respublika Günündə: Heç kim Qəzzaya əl uzada bilməz” başlıqlı xəbər yayımlayıb.

Sinqapurda yerləşən “The Straits Times” qəzeti "Açılış nitqindən güc nümayişi" və  “Ərdoğan Türkiyənin yüzilliyində imperialistlərə qarşı qələbə vəd etdi” başlıqlı xəbər verib.

 AFP-nin abunəçilərinə verdiyi xəbərdə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yüzillik qeyd etmələrində “imperialist” qüvvələrə qarşı duracağına söz verdi” deyib.

“Kuwait Times” qəzetində “Qəzza müharibəsi şiddətlənərkən Türkiyə yüz illiyini qeyd edir” başlığı ilə xəbər dərc olunub.

İran prezidentinin təbrik mesajını manşetində yerləşdirən “Tehran Times” Ərdoğanın İsrailin Qəzzaya hücumlarına reaksiya verən açıqlamalarına geniş yer verib.

Çin mərkəzli “Sinxua” qəzeti “Türkiyə prezidenti Qəzza münaqişəsi ilə bağlı Qərbə və İsrailə qarşı sərt çıxış etdi” başlığını yazıb.

Yunanıstanın İn.gr saytı "Ərdoğan: Türkiyə ikinci yüz ilə yülkən açır. Demokratiyamız güvəndədir” başlıqlı xəbərdə bu ifadələrə yer verib:

“Heç bir imperialist güc Türkiyənin xoşbəxt, uğurlu və qalib ölkə olmasına mane ola bilməyəcək”.

Əfsanə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az